Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər var

Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər var

“Pakistan Hava Yolları” (Pakistan International Airlines) şirkətinə məxsus "Airbus 320" sərnişin təyyarəsi qəzaya uğrayıb.
 
“Report” “Al Arabiyya”ya istinadən xəbər verir ki, qəzaya uğrayan layner ölkənin Karaçi şəhərinin yaxınlığındakı yaşayış evlərinin üzərinə düşüb.
 
Məlumata görə, Lahor şəhərindən gələn təyyarənin göyərtəsində 95 nəfər olub. “Sky News”un məlumatına görə isə, göyərtədə 107 sərnişin olub. Ölənlərin sayı dəqiqləşdirilir. 
 
Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub.
 

Google+ WhatsApp ok.ru