Pakistanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb

Pakistanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb

Pakistanda "Pakistan Beynəlxalq Hava Yolları" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.
 
Bu barədə "Doon" qəzetinə Sind əyalətinin səhiyyə sahəsindən mənbələr bildirib.
 
Məlumata əsasən, qəza nəticəsində azı 2 nəfər sağ qalıb.
 
Bildirilir ki, təyyarənin düşdüyü ərazidə 11 nəfər xəsarət alıb, onların vəziyyəti stabildir.
 
Qeyd edək ki, ötən gün Lahordan Kəraçiyə daxili reys yerinə yetirən sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında yaşayış binalarının üzərinə düşüb. Təyyarədə 91 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində bir neçə yaşayış evi dağılıb, dağıntılar altından təxminən 20 nəfəri xilas etmək mümükün olub.
 
İlkin məlumata əsasən, qəza texniki nasazlıq səbəbindən baş verib. /Trend
 

Google+ WhatsApp ok.ru