Pakistanda törədilən partlayış nəticəsində azı 16 nəfər ölüb

Pakistanda baş verən partlayış nəticəsində azı 16 nəfər ölüb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, daha 40 nəfərin yaralandığı bildirilir.
 
Hadisə ölkənin cənub bölgəsindəki Sind əyalətində qeydə alınıb. İlkin məlumata əsasən, partlayışı terrorçu-kamikadze törədib. /
 

Google+ WhatsApp ok.ru