Bəhreyn təhlükəsizlik qüvvələri ölkə vətəndaşlarına hücum edib

Bazar günü Bəhreyn təhlükəsizlik qüvvələri ilə paytaxtı Mənamanin “Loluh” meydanında hökümət əleyhinə etiraz edən aksiyaçılar arasında toqquşmalar baş verib.
 
Maide.az xəbər verir ki, hakim rejimin təhlükəsizlik  gücləri etirazçıların mitinqini dağıtmaq məqsədi ilə plastik güllələrdən və gözyaşardıcı qazdan istifadə edərək onlara hücum edib, onlarla insan qarşıdurma nəticəsində xəsarət alıb.
 
Verilən məlumata görə, təhlükəsizlik qüvvələri etirazçılara hücumla kifayətlənməyərək, bölgənin müxtəlif məhəllələrində onları təqib edib, bu arada, bir çox yaşayış evləri gözyaşardıcı qazlardan hədəfə alınıb və mənzil sahibləri tənəffüslə bağlı çətin anlar yaşayıblar.
 
Bəhreynin internet fəalları bildirirlər ki, ölkənin təhlükəsizlik qüvvələri Senabes rayonunda Məhərrəm ayı əzadarlığı başa çatandan sonra heç bir səbəb olmadan mərasim iştirakçılarına hücumlar təşkil ediblər. /
 

Google+ WhatsApp ok.ru