Pakistan və Əfqanıstanda güclü zəlzələ

Pakistan və Əfqanıstanda güclü zəlzələ

-- 6,2 bal gücündə zəlzələ

Bu gün Əfqanıstan və Pakistanda  güclü zəlzələ baş verib. 
 
Maide.Az "avapress" saytına istinadən xəbər verir ki,  6,2 bal gücündə zəlzələ Pakistan və  Əfqanıstanın  müxtəlif şəhərlərində  o cümlədən  Pakistanın  Lahur və Pişavər şəhərlərində,eləcədə  Əfqanıstanın  Kabil şəhərində əhalinin qorxaraq küçələrə çıxmasına səbəb olub. 
 
Yeraltı təkanlar Badaxşan vilayətinin 35 kilometr cənubunda baş verib. 
 
Bildirilir ki, zəlzələnin episentri yerin 192 kilometr dərinliyində qeydə alınıb.
 
Hələlik dağıntılar və itgilər barədə məlumat verilməyib. 
 
 
 

Google+ WhatsApp ok.ru