Pakistan xalqı Myanma müsəlmanlarına dəstək üçün milyonluq mitinq keçirdi

Pakistan xalqı Myanma müsəlmanlarına dəstək üçün milyonluq mitinq keçirdi

Pakistan xalqı Myanma ordusunun Arakan müsəlmanlarına qarşı qətliamını qınamaq üçün paytaxt İslamabadda milyonluq mitinq keçirib.
 
Paytaxtda səfirliklərin yerləşdiyi rayonda toplaşan Camaati İslami Partiyasının lideri Sirac-ul Haqq və partiya üzvləri Arakandakı zülmün dayanmasını tələb ediblər. Sirac-ul Haqq, həmçinin Pakistan hökumətindən Myanma ilə diplomatik əlaqələrin kəsməsini tələb edib.
 
O, Myanmanın xarici işlər naziri və dövlət naziri Aunq San Suu Çiidən qətliamları dərhal dayandırması ilə bağlı xəbərdarlıq edib.
 
“Müslümanlar niyə öldürülür? Günahları nədir?”, “Arakandakı zülmə son qoyun” yazılı plakatlar daşıyan nümayişçilər səbəbilə paytaxtda güclü təhlükəsizlik tədbirləri həyata keçirilib.
 
Bundan başqa, ölkənin cənubundakı Karaçi şəhərində də 2 mindən çox insan Arakandakı zülmə etiraz edib.
 
Ölkənin Xeybər Pakthunhuva ştatının paytaxtı Peşavərdə və əyalətdəki digər şəhərlərdə minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları keçirilib. (deyerler) /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru