Pan Gi Mun da danışdı

Maide.az xəbər verir ki, bir neçə gündür İsrail rejiminin dinc Fələstin xalqına qarşı apardığı təcavüzkarlığa BMT-nin Baş katibi Pan Gi Mun da etiraz edib. Baş katib Şərqi Qüds də daxil olmaqla İordan Çayının qərb sahilində faciəvi hadisələrin sayının artmasından son dərəcə narahat olduğunu açıqlayıb.
Baş katib 13 yaşlı yeniyetmənin də arasında olduğu 4 fələstinlinin öldürülməsi faktını pisləyib və gərginliyin azaldılması üçün tərəfləri əməkdaşlığa çağırıb və əlavə edib ki, İsrailin fələstinlilərə aid məkanlarda evləri uçurdaraq yəhudilərə yeni yaşayış məskənləri salması münaqişənin daha da qızışdırır.

Google+ WhatsApp ok.ru