İordan çayının qərb sahilində 40-dan çox fələstinli yaralanıb

İordan çayının qərb sahilindəki müxtəlif bölgələrində fələstinlilər ilə İsrail rejimi əsgərləri arasında dünən axşam saatlarında baş verən qarşıdurmalarda 40-dan çox fələstinlinin yaralandığı bildirilir.
 
Maide.az xəbər verir ki, Fələstindəki Qızıl Aypara Cəmiyyəti yazıl açıqlamasında Ramallah ilə Beytullahim başda olmaqla İordan çayının qərb sahilinin müxtəlif bölgələrində İsrail rejimi əsgərləriylə baş verən qarşıdurmalarda yaralanan çoxlu sayda fələstinlinin müalicə üçün xəstəxanalara nəql edildiyini deyib.
 
Açıqlamada 15 nəfərin odlu silahla, 25-nin plastik gülləylə yaralandığı, 58-nin gözyaşardıcı qazdan əziyyət çəkdiyi, 2 nəfərin isə döyüldüyü qeyd olunub.

Google+ WhatsApp ok.ru