Papa Francis: Müsəlmanlar və Xristianlar qardaşdır

Dünya katoliklərinin rəhbəri Papa Francis Mərkəzi Afrika Respublikasına səfəri zamanı müsəlmanlarla xristianları qardaş adlandırıb.
Maide.az xəbər verir ki, Papa bazar ertəsi günü ölkə paytaxtı Bangidən 5 km məsafədə yerləşən rayona gedərək, bu bölgənin müsəlmanları ilə görüşüb.
O, rayon məscidində çıxışı zamanı müsəlmanlarla xristianları qardaş adlandıraraq, onları zorakılıqdan və nifrətdən çəkinməyə səsləyib.
Papa bildirib: Müsəlmanlar və xristianlar bir-biri ilə bacı- qardaşdır. Allaha inandığını iddia edənlər, həmçinin sülhməramlı olmalıdırlar.
Qeyd edək ki, bu, Dünya katoliklərinin liderinin Afrika qitəsinə ilk səfəridir. Bildirilir ki, təhlükəsizlikllə bağlı bütün narahatlıqlara baxmayaraq, Papa “Sülh və dostluq” mesajını çatdırmaq üçün bu bölgəni ziyarət edib.
Papa əlavə edib: “Biz birlikdə nifrətə, intiqama və zorakılığa, xüsusən də Din və ya Allah adına törədilən zorakılığa yox deyək”.
Papa çıxışının davamında qeyd edib ki əgər Mərkəzi Afrika Respublikasının müsəlmanları ilə görüşməsəydi, bu ölkəyə səfəri yarımçıq qalardı.
Qeyd edək ki, Mərkəzi Afrika Respublikası daim zorakılıq və məzhəbçilik uğrunda toqquşmalara meydan olmuşdur./
 

Google+ WhatsApp ok.ru