Rusiya və Türkiyə arasında vəziyyət bir qədər də gərginləşir: GÖRÜŞDƏN İMTİNA

Maide.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Parisdə iqlim dəyişikliyi məsələsinə həsr olunan sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Putinin görüşəcəyi barədə söhbətlərə son qoyub. 
 
TASS-ın yaydığı məlumata görə, Dmitri Peskov, “Ərdoğanla görüş planlaşdırılmır, belə bir görüşdən söhbət getmir. Görüş olmayacaq”, - deyə bildirib. 
 
D.Peskov sammitdə ABŞ prezidenti Barak Obama ilə Putin arasında görüş keçiriləcəyini də əlavə edib. 

Google+ WhatsApp ok.ru