Parisdəki terror aktları ilə bağlı yeni sübutlar əldə edilib

Almaniya Prokurorluğu Parisdə baş verən hücumları törədən şəxslərə silah satmaqda şübhəli bilinən bir silah alverçisini həbs edib.
Maide.az-ın məlumatına görə, Ştutqart şəhər prokuroru cümə günü silah qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən 34 yaşlı bir şəxsi həbs etdiklərini bildirib, lakin onun Parisdəki hücumları törədənləri silahla təmin edən şəxs olması barədə yayılan xəbərlərə şərh verməkdən imtina edib.
Baden-Württemberg prokurorluğunun sözcülərindən biri həmin şəxsin cümə axşamı günü saxlanıldığına toxunaraq, Reuters Agentliyinə deyib: Deyə bilərəm ki, bu kişi silah qaçaqmalçılığında şübhəli bilindiyi üçün həbs edilib.
Daha əvvəl, cümə günü Almaniyanın Build qəzeti yazmışdı ki, həmin şəxs 13 noyabrda Paris terror aktlarındadə 130 nəfəri qətlə yetirən terroristlərə 4 ədəd silah satmaqda şübhəli bilinib.
Qəzet əlavə edir ki, sözügedən şəxs 7 noyabrda bir ərəb müştəriyə Çin istehsalı olan AK 47 markalı iki ədəd kalaşnikov avtomat silahı və keçmiş Yuqoslaviya istehsalı olan  iki ədəd M 70 markalı Zastava silahı satıb.
Build qəzeti həmçinin yazır ki, onun smartfon telefonunda Parisdə bir ərəblə təmasda olduğunu sübut edən 4 e-mail tapılıb. /
 

Google+ WhatsApp ok.ru