Parisdə polis nümayişçiləri dəyənək gücünə dağıdıb

Parisdə polis nümayişçiləri dəyənək gücünə dağıdıb

Fransada etiraz dalğası səngimək bilmir. Ölkədə törədilən terror aktına və fövqəladə vəziyyətə baxmayaraq, Həmkarlar İttifaqı 1 milyon insanın nümayişdə iştirak etdiyini qeyd edib.
 
Maide.Az  xəbər verir ki,  Parisdə əmək islahatlarına etiraz edən nümayişçilər əvvəlcə paytaxtın "İtaliya" meydanına toplaşıblar. Sonra "İnvalid" meydanına doğru üz tutan etirazçılarla polis arasında toqquşma olub. Etirazçılara qarşı gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə olunub.
 
Toqquşma nəticəsində 58 nəfər saxlanılıb, 40 nəfər yaralanıb.
 
"İnvalid" meydanında polis və etirazçılar arasında axşama qədər bir neçə saat davam edən gərgin vəziyyətdən sonra polis dəyənək gücünə nümayişçiləri dağıdıb.
 
Etirazçılar ictimai binaların, mağazaların və restoranların vitrinlərini sındırıblar. (azertac)
 

Google+ WhatsApp ok.ru