Parisdə polislə nümayişçilər arasında növbəti qarşıdurma - VİDEO

Parisdə polislə nümayişçilər arasında növbəti qarşıdurma - VİDEO

Fransanın paytaxtı Parisdə "Teo üçün ədalət" adlı aksiyada nümayişçilərlə polis arasında növbəti toqquşmalar qeydə alınıb. Budəfəki qarşıdurmada narazı kütlə "molotof kokteyli" və daş parçalarından istifadə edərək polisə müqavimət göstərib.
 
Hüquq mühafizə orqanlarının əməkdaşları isə aksiya iştirakçılarına gözyaşardıcı qaz və dəyənəklərlə cavab verib.
 
Qeyd edək ki, 2 fevral tarixində Teo adlı gənc yerli polis tərəfindən həbs olunarkən işgəncəyə məruz qalıb. Belə ki, polisin dəyənəklə ona endirdiyi zərbə anus sahəsində yarıq əmələ gətirib. Hazırda həmin işlə bağlı istintaq açılıb. (faktxeber)
 

Google+ WhatsApp ok.ru