Parisdə səhiyyə işçiləri yenidən etiraz aksiyası keçirir - FOTO 01 İyul 2020 10:10 Dünya Fransanın paytaxtı Parisdə səhiyyə sistemi üçün əlavə maliyyələşdirmə və xəstəxanalardakı iş şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyası keçirilir. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, nümayişçilər Səhiyyə Nazirliyinin yerləşdiyi Pier Larok Meydanına doğru yürüşə başlayıb. Aksiyaya ən böyük fransız həmkarlar ittifaqları qoşulub. Etirazlar dinc olsa da, təhlükəsizliyi təmin etmək üçün çox sayda polis və jandarma səfərbər edilib. Dövlət xəstəxanalarında çalışan həkimlər, tibb bacıları və tibb işçiləri iş şəraitinə və tibbi materialların çatışmazlığından şikayətlənib. Onlar bu çatışmamazlıqlara görə xəstələrə lazımi xidmət və müalicə təmin edə bilmədiklərini vurğulayıblar. Etirazçılar hökumətin səhiyyə sektoruna kifayət qədər büdcə ayırmadığını bildirib və tələbləri təmin edilənədək etiraz nümayişlərinin davam etdiriləcəklərini bildiriblər. Parisdən əlavə nümayiş Fransanın bir sıra digər şəhərlərində də keçirilir. İki həftə əvvəl, 16 iyunda eyni tələblərlə tibb işçilərinin aksiyası keçirilib. Daha sonra iğtişaşa çevrilən aksiyada 30-dan çox şəxs saxlanılıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişdə 18 min nəfər iştirak edib. Teqlər : #Paris,#əhiyyə işçiləri,#etiraz aksiyası , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Polis ABŞ-da maşını etirazçıların üzərinə sürdü - VİDEO İqlim böhranı: Dünyanı dəhşətli su savaşları gözləyir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO