Paris metrosunda hücum - Xəsarət alan var

Paris metrosunda hücum - Xəsarət alan var

Fransanın paytaxtı Parisdə metro stansiyalarının birində sərnişin hücuma məruz qalıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hücum nəticəsində bir nəfər xəsarət alıb və ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
Polisin məlumatına əsasən, stansiyada iki nəfər arasında dava başlayıb. Nəticədə bir nəfər digərinin üzünə turşu ataraq uzaqlaşıb.
 
Hazırda hücum edən şəxsin axtarışları aparılır.
 
Bölgədə polis əməliyyatdı davam edir.
 

Google+ WhatsApp ok.ru