Paytaxtda ağır qəza: 1 ölü, 4 yaralı 09 May 2016 01:00 Hadisə Bakıda 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Maide.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Maştağa kəndində qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, 10 PT 121 dövlət nömrə nişanlı “Daewoo” markalı maşınla 10 UO 299 nömrəli “VAZ 2107” toqquşub. Qəza zamanı Mirzəyev Ağamehdi Mirbala oğlu hadisə yerində ölüb. Mirsaleh İsmayılov, İbrahim Süleymanov, Əlisəttar Mirzəyev və Rafiq Süleymanov isə ağır bədən xəsarətləri ilə 3 Saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin yardım göstərilib, hazırda vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./ Teqlər : #Paytaxtda ağır qəza: 1 ölü,#4 yaralı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avtobuslar yanacaq daşıyan maşınla toqquşdu, 73 nəfər yanaraq həlak oldu Gədəbəydə pomidordan zəhərlənən qadın ölüb