Pentaqon: Suriyada İŞİD liderlərindən biri məhv edilib

ABŞ-ın Hərbi-Hava Qüvvələri “İslam dövləti” (İŞİD) qruplaşmasının liderlərindən biri Tariq Əl-Hərzini məhv edib.
 
Bunu ABŞ müdafiə nazirliyinin rəsmi nümayəndəsi Ceff  Devis bəyan edib.
 
Məlumata əsasən, terrorçu iyulun 16-da  Suriyanın əl-Şəddad şəhərində pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində məhv edilib. C.Devisin sözlərinə görə, Tariq Əl-Hərzi Liviyadan İraqa canlı qüvvə və silah-sursat keçirilməsinə cavabdeh imiş. 
 
Xatırladaq ki, iyunun 15-də İraqın Mosul şəhərində İŞİD qruplaşmasının digər liderlərindən biri Əli Əl-Hərzi hava zərbəsi nəticəsində məhv edilmişdi.

Google+ WhatsApp ok.ru