Piyadanı vurub qaçan sürücü vicdanına məğlub oldu

Gecə Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Maide.az xəbər verir ki, hadisə Nizami rayonunun ərazisində, "Koroğlu" metrostansiyasının yaxınlığında qeydə alınıb.
Mayılov Həmzə Bayram oğlu Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 62 yaşlı Nadir Ağakərim oğlu Kərimovu vurub. Sürücü Həmzə Mayılov piyadanı vurduqdan sonra ona kömək etmək əvəzinə hadisə yerini tərk edib. Hadisə zamanı xəsarət alan Nadir Kərimov isə təcili tibbi yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Piyadanı vuran sürücü, hadisədən bir qədər sonra Nizami rayon polis idarəsinə gedərək törətdiyi qəzanı etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Google+ WhatsApp ok.ru