Turşu bir ailəni xəstəxanalıq etdi 27 Noyabr 2014 02:00 Hadisə Ağcabədi rayonunda zəhərlənmə faktı qeydə alınıb. Maide.az-ın Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə bu gün Ağcabədi rayonunun İmamqulubəyli kəndində baş verib. Belə ki, kənd sakinləri Leyla Zeynalova, oğlu Babək, qızı Aytən və qohumu Malik Zeynalov pomidor turşusundan zəhərləniblər. Ailə üzvləri təcili olaraq yaxınlıqdakı xəstəxanaya gətiriliblər. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki analoji hadisə bir necə gün qabaq Tovuz rayonunda da baş vermişdi. Tovuz rayon mərkəzi xəstəxana baş həkimin müavini Sayad Yusifovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Kəddə yaşayan Xəqani Yusifov, həyat yoldaşı və 5 övladı pomidor turşusundan zəhərlənmişdi. Teqlər : #Turşu bir ailəni xəstəxanalıq etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qız Qalasından özünü atan aşpaz haqda ürəkağrıdan hekayə (TƏFƏRRÜAT, FOTO) Piyadanı vurub qaçan sürücü vicdanına məğlub oldu