PKK-nın atdığı raket Yüksekovada 4 məhəlləyə düşdü

Maide.az xəbər verir ki, Türkiyənin Hakkari vilayətinin İcra Hakimiyyətindən bildiriblər ki, rayon mərkəzindəki 3-cü Piyada Diviziya Komandanlığına terrorçular tərəfindən 7 raket atılıb. Raketlərdən 3-ü Komandanlıq binasına, 4-ü isə məhəlləyə düşüb.
 
Açıqlamada bildirilir ki, bəzi internet saytlarında "top atəşi nəticəsində bir evin damının dağıldığı" istiqamətindəki iddiaların da əsassız olduğu vurğulanıb: "Aparılan araşdırmalar nəticəsində separatçı terror təşkilatı mənsublarının atdığı raket nətincəsində xəsarət alan olmadığı aydınlaşıb."

Google+ WhatsApp ok.ru