Qaçqınları daşıyan daha bir qayıq batıb: 2 ölü

Egey dənizində qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 13 Suriya vətəndaşını daşıyan rezin qayığın batması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xilas edilib.
 
Maide.az xəbər verir ki, Sahil Təhlükəsizlik Xidməti Egey Dənizi Bölgə Komandanlığına bağlı qruplar Seferihisar rayonu Doğanbey sahillərində qaçaqların olduğunu müəyyən edərək, müdaxilə edib.
 
Briqadalar rezin qayıqları batdığı müəyyən olunan 11 suriyalını xilas edərkən, 2 qaçağın meyitini çıxarıb. Sahilə çıxarılan qaçaqlardan 2-si müalicə üçün xəstəxanaya qaldırılıb. Digər suriyalıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Google+ WhatsApp ok.ru