Polis Bakı metrosunda əməliyyat keçirdi

Bir neçə gün öncə metroda oğurluq edən şəxs həbs edilib.
 
Maide.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinin Cinayət Axtarış Qrupu əməkdaşları tərəfindnə keçirilib.
 
Keçirilən əməliyyat zamanı qatarda Bakı şəhər sakini Camalə Əkbərovanın mobil telefonu oğurlayan Abşeron rayon sakini, 1980-ci il Emil Paşa oğlu Əliyev tutulub.
 
Qeyd edək ki, fevralın 18-də saat 13:40 radələrində, metronun “28 May” stansiyasında qatarda Bakı şəhər sakini Camalə Əkbərovanın mobil telefonu oğurlanıb.

Google+ WhatsApp ok.ru