Poroşenko xarici dövlətlərin silahlı qüvvələrinin ölkəyə daxil olmasına icazə verən qanunu təsdiqləyib

Ukrayna prezidenti Pyotr Poroşenko ölkə ərazisində sülhün və təhlükəsizliyin bərpası məqsədi ilə beynəlxalq əməliyyatların keçirilməsini təmin edən qanun imzalayıb.
 
Bu barədə Ukrayna prezidentinin saytında dərc edilmiş məlumatda bildirilir.  
“Prezident “Ukrayna ərazisinə xarici dövlətlərin silahlı qüvvələrinin birləşmələrinin buraxılması  və qalması qaydaları” haqqında qanuna dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb”, deyə məlumatda bildirilir.     
Qeyd olunan sənəd qanunvericilik qaydasında Ukrayna ərazisində sülhün və təhlükəsizliyin bərpası məqsədi ilə beynəlxalq əməliyyatların keçirilməsi ilə bağlı məsələləri tənzimləyir və ölkə ərazisinə xarici dövlətlərin silahlı qüvvələrinin birləşmələrinin daxil olmasına və qalmasına əsas verir. 

Google+ WhatsApp ok.ru