Naxçıvanda əsgər əsgəri güllələdi

Ötən gün Naxçıvan MR Şahbuz rayonunda yerləşən N saylı hərbi hissədə əsgər öz əsgər yoldaşını güllələyib. Bu barədə conflict.az-a Naxçıvandakı mənbə məlumat verib. 
 
Məlumata görə, hələlik adını dəqiqləşdirə bilmədiyimiz əsgəri öz əsgər yoldaşı, əslən Şərur rayonunun Xanlıqlar kəndindən olan Qurbanov Pərviz Elsevər oğlunu xidməti silahdan atəş açmaqla güllələyib. Hadisə nəticəsində yaralanan P.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb. O, Naxçıvan şəhərində yerləşən hərbi hospitala aparılarkən yolda dünyasını dəyişib.  
 
Mənbə bildirir ki, Şərurun Xanlıqlar kəndindən olan mərhum P.Qurbanovun xidmət müddətinin başa çatmasına bir neçə gün qalırmış. Öz əsgər yoldaşını qətlə yetirən əsgər hərbi xidmətə Gəncə hərbi komissarlığından çağırılıb və onun da xidməti müddətini başa vurmasına bir neçə gün qalırmış. 
 
Hadisə ilə bağlı Müdafiə Nazirliyinin münasibətini öyrənməyə çalışsaq da cəhdimiz baş tutmadı.virtualaz /
 

Google+ WhatsApp ok.ru