Prezident Administrasiyasının işçisi özünü yandıranlarla görüşməyə xəstəxanaya gəldi

Prezident Administrasiyasının işçisi bu gün özünü yandıran Sumqayıt sakinləri ilə görüşmək, onların vəziyyəti ilə maraqlanmaq və şikayətlərini dinləmək üçün bir neçə dəqiqə əvvəl 5 saylı xəstəxanaya gəlib.

Virtualaz.org saytının hazırda xəstəxanada olan müxbiri xəbər verir ki, PA rəsmisi bu dəqiqələrdə özünü yandıran ailə başçısı Elçin Əlimuradoğlu ilə təklikdə söhbət edir.

Görüş barədə əlavə məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Prezident Administirasiyası qarşısında iki nəfər özünü yandırıb. Məlumata görə, Sumqayıt şəhər sakinləri olan ər-arvad evlərinin sökülməsinə etiraz etdiklərinə görə özlərini yandırıblar.
"1975-ci il təvəllüdlü Elçin Salahov sol aşağı ətraf və gözlərin arxa tərəfinin yanması diaqonuzu ilə daxil olub, hazırda palatadadır, bədəninin 30 faizə yaxın hissəsi yanıb. Jalə Salahovanın vəziyyəti isə ağırdır, reanimasiyadadır. Hər iki aşağı ətrafda, gözlərdə yanıqlar var, bədəninin təxminən 40 faizi yanıb". /

 

Google+ WhatsApp ok.ru