Prezidentin baş məsləhətçisi: `Azərbaycanlı sahibkarları İranda fəaliyyət göstərməyə dəvət edirəm`

 "İranın ən yaxın dostu olan Azərbaycanla münasibətlərinin gələcəyini parlaq görürəm".
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidentin baş məsləhətçisi və azad zonalar və xüsusi iqtisadi bölgələr üzrə Koordinasiya Şurasının katibi Əkbər Türkan bildirib.
 
Ə. Türkan deyib ki, İran və Azərbaycan arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün çox yaxşı imkanlar mövcuddur. "Mən azərbaycanlı sahibkarları İranda fəaliyyət göstərməyə və ölkəmizin investisiya imkanları ilə yaxından tanış olmağa dəvət edirəm. İki ölkənin əməkdaşlığı üçün yaxşı imkanlar var. Önəmli olan budur ki, hər iki ölkədən özəl şirkətlərin əməkdaşlığı üçün azad iqtisadi zonalarda lazımi şərait yaradılıb. Sərmayəçilərin azad zonalarda olması və şəraitlə yaxından tanış olması onların qərar qəbul etməsi üçün yardımçı ola bilər".

Google+ WhatsApp ok.ru