Prezident Ruhani Nyu York səfərini yarımçıq qoyub Tehrana qayıdır

İran Prezident Həsən Ruhani Nyu York səfərini yarımçıq qoyub Tehrana qayıdır.  Bunu İranın Prezident aparatının mətbuat məsələləri üzrə rəis müaviini Pərviz İsmaili deyib. 
Maide.az xəbər verir ki, P.İsmaili deyib ki, president H.Ruhani Minada baş verən faciədə həlak olan iranlı hacıların cənazələrinin İrana gətirilməsi mərasimdə iştirak etmək üçün Nyu York səfərini yarımçıq buraxır. 
O deyib ki, Minada vəfat edən hacıların cənazələrinin ilk qrupu çərşənbə axşamı ölkgəyə gətiriləcək və H.Ruhani BMT-də və Nyu Yorkdakı proqramlarını ləğv edərək bazaar ertəsi günortadan sonra Tehrana dönəcək. 
Qeyd edək ki, Məkkə şəhərinin 5 kilometr kənarda yerləşən Minada yaranan izdihamda ən azı 1300 nəfər ölüb, 2000 -dən çox zəvvar isə  yaralanıb. Hadisə zamanı  169  İranlı zəvvar ölüb, 60-dan çox iranlı zəvvar isə yaralanıb. 365 iranlı zəvvar isə itgin düşüb. /
 
 
 

Google+ WhatsApp ok.ru