`Putin bir daha G7 iderlərinin masasına oturmayacaq`

Kanadanın baş naziri Stefan Cozef Harper, Rusiya prezidenti Vladimir Putinin, G7 Liderləri sammitinə qatılmayacağını bildirib. Baş nazir Harper, bu həftənin sonunda Almaniyada gerçəkləşəcək G7 toplantısından əvvəl Rusiyanın yenidən zirvəyə qatılmasına münasibət bildirərkən deyib:
 
''Kanada, Rusiyanın Putin hakimiyyətdə olduğu müddətdə G7 toplantısına qatılmasının qəti əleyhinədir. Putin, bir daha G7 liderlərinin masasına oturmayacaq. Bu mövzuda əks konsesnsusun olması da əsla mümkün deyil''. 

Google+ WhatsApp ok.ru