Putinlə Abe razılıq əldə edə bilmədi

Putinlə Abe razılıq əldə edə bilmədi

Yaponiya baş naziri Şinzo Abe Rusiyaya səfər edib.
 
Maide.Az “Posta”ya istinadən xəbər verir ki, paytaxt Moskvada Rusiya prezidenti Vladimir Putinlə keçirilən 3 saatlıq görüşdə Kuril adaları məsələsi müzakirə edilib.
 
Hər iki lider keçirdikləri mətbuat konfransında həmin məsələ barədə müəyyən irəliləyişlər əldə edildiyini və iki tərəfin də sülh müqaviləsinin imzalanmasına müsbət yanaşdığını bildiriblər. Lakin, bu istiqamətdə yekun razılıq əldə olunmayıb.
 
Fevralda nazirlər səviyyəsində daha bir görüşün keçiriləcəyi də vurğulanıb.
 
Qeyd edək ki, Rusiyanın Kuril adaları, Yaponiyanın isə Şimal bölgələri adı verdiyi torpaq 1949-cu ildə Sovet İttifaqı tərəfindən işğal edilmiş, yaponlar oradan çıxarılmışdı.
 
Bu münaqişə ilə bağlı ilk dəfə 2014-cü ildə danışıqlar prosesi start götürsə də, Rusiyanın Ukrayna ilə yaşadığı gərginlik səbəbindən Yaponiya ilə danışıqlar dondurulmuşdu.
 
Məlumat üçün bildirək ki, Kuril adaları və ya Şimal bölgələri adlandırılan həmin ərazi İturup, Kunaşiri, Şikotan və Habomai adalarından ibarətdir.

Google+ WhatsApp ok.ru