Putin Obama-ya zəng edib

Prezidentlər İran nüvə danışıqları, “Suriyada getdikcə təhlükəli hala gələn durum”, İslam Dövləti silahlı qruplaşmasına qarşı mübarizənin vacibliyindən danışıblar
İyunun 25-də Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barack Obama-ya zəng edib. Bu, iki prezidentin fevraldan bəri ilk telefon danışığıdır. Onlar İran nüvə danışıqları, “Suriyada getdikcə təhlükəli hala gələn durum”, İslam Dövləti silahlı qruplaşmasına qarşı mübarizənin vacibliyindən danışıblar. Məlumatı Ağ Ev yayıb.
 
“Liderlər İranın nüvə silahı əldə etməsini əngəlləmək üçün gedən danışıqlarda birliyin qalmasının vacdibliyini qeyd ediblər,” məlumatda deyilir.
 
Obama Putin-ə deyib ki, Rusiyanın Ukraynada atəşkəsin şərtlərinə əməl etməsi gərəkir, “buraya Rusiyanın bütün qüvvələrinin və avadanlığının Ukrayna ərazisindən çıxarılması daxildir”.
 
Kremlin məlumatına görə, prezidentlər razılaşıblar ki, yüksək rütbəli diplomatlar – Victoria Nuland və Grigory Karasin Minsk sazişlərinin icrasının müzakirəsi üçün əlaqə saxlasınlar.azadliq/

Google+ WhatsApp ok.ru