Putin Qərbi tənqid atəşinə tutdu

Maide.az "Seqodnya" xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya Federasiyası prezidenti Vladimir Putin Rusiya televiziyasına verdiyi müsahibədə bildirib ki, Qərb Rusiyanı yalnız zəif olduğu zaman istəyir. 
 
Putin bildirib: "Qərb ölkələri Rusiyanı zəif gördükləri zaman razılıq hiss edirlər və və bu ölkəyə humanitar yardımlar göndərməyə başlayırlar. Hətta bəziləri dünya səviyyəsində bu nəticəyə çatıb ki, Rusiya gələcəkdə hazırkı vəziyyətini qoruya bilməyəcək və onun mövcudluğu məhv olacaq." 
 
Qeyd edək ki, Putin son vaxtlar Qərbin Rusiyanı zəiflətməyə və beynəlxalq səviyyədə təcrid etməyə çalışdığını bildirmiş və bu siyasətin məğlub olduğunu söyləmişdi. 
 
Putin həmçinin Rusiya barədə qərbin təbliğat müharibəsinə toxunub və deyib: Qərb ölkələri və Amerika bu müharibə təbliğatında Rusiya barədə yanlış məlumatlar dərc edirlər.

Google+ WhatsApp ok.ru