Livan Hizbullahı İŞİD-in Liviyadakı cinayətlərini pislədi

Maide.az-ın "əl-Aləm" xəbər kanalına istinadla verdiyi məlumata görə, Livan Hizbullahı ötən gün verdiyi bəyanatda İŞİD terror qruplaşmasının Liviyadakı cinayətini pisləyərək bu hadisə qurbanlarının ailələrinə başsağlığı verib. 
 
Livan Hizbullahı bu cinayətin davam etməsini İslam və müsəlmanların imicinə zərbə vurmaq və bir qrup ərəb və qərb ölkələrinin xəbis planlarına xidmət çərçivəsində dini və məzhəb müharibələri yaratmağa cəhd etmək adlandırıb. 
 
Bəyanatda bildirilir: İŞİD-in cinayətkar təfəkkürü islam ümməti üçün ən ciddi təhlükələrdən biridir. Buna görə, hamı vəhhabilikdən yaranan bu təfəkkürlə mübarizə istiqamətində öz vəzifəsini yerinə yetirməlidir. 
 
İŞİD terror qruplaşması Liviyada Efiopiya vətəndaşı olan 28 xristianı edam edib.

Google+ WhatsApp ok.ru