Putin Rusiyanın yeni nüvə raketlərindən danışıb

Putin Rusiyanın yeni nüvə raketlərindən danışıb

-- qanadlı raketlərlə silahlanmış yeni strateji təyyarə uğurla sınaqdan keçirilib

Martın 1-də Rusiya prezidenti Vladimir Putin xalqa illik müraciətini edib.  Adətən, illik müraciət dekabrda Kremlin Müqəddəs Georgi zalında keçirilirdi. Amma bu il dəfələrlə ertələnib və Qırmızı Meydandakı Manej zalına təyin olunub. Müşahidəçilər bu addımı Putin-in 18 mart prezident seçkisi kampaniyasını gücləndirmək cəhdi sayırlar.
 
TASS agentliyi yazıb ki, Manej sərgi zalı qonaqların sayının çoxluğu səbəbindən seçilib, həm də burada böyük video-monitorlar, infoqrafika və multimedia göstərməyə digər texnologiya mövcuddur.
 
Fevralın 27-də liberal Yabloko partiyası bəyanat yayaraq çıxışın vaxtının dəyişidirilməsini ölkə konstitusiyasının birbaşa pozulması adlandırıb. Grigory Yavlinsky bu partiyadan seçkiyə namizəddir.
 
65 yaşlı Putin 2000-ci ildən ölkəni idarə edir. 8 mart seçkisinı müxalifət siyasətçisi Aleksei Navalny buraxılmayıb. O, seçkini “Vladimir Putin-in yenidən təyinatı” adlandırıb, seçiciləri səsverməni boykot etməyə çağırıb.
 
Putin namizədlərin teledebatlarında, ənənəvi kampaniya tədbirlərində iştirakdan imtina edib.  . Cəmi 3 həftədən sonra keçiriləcək prezident seçkisində onun dördüncü müddətə seçiləcəyi gözlənir.
 
 
Rusiya prezidenti Vladimir Putin deyir ki, ölkəsi yeni nüvə silahları hazırlayıb və uğurla sınaqdan keçirib. Bu silahlar içində nüvə enerjisiylə işləyən qanadlı raketlər və nüvə sualtı dronları var. Rusiya liderinin iddia edir ki, düşmən onları tuta bilməz.
 
Putin illik çıxışında deyib ki, yeni hazırlanmış Sarmat qitələrarası ballistik raketinin əhatə dairəsi məhdudiyyətsizdir və istənilən antiraket sisteminə nüfuz edə bilər.
 
Qrafika və videodan istifadə edən Putin yeni sualtı raketin sualtı qayıqlardan işə salına, həm təyyarələri, həm də sahil obyektlərini vura biləcəyini, amma onları izləməyin mumkun olmadığını iddia edib.
 
Putin-in sözlərinə görə, qanadlı raketlərlə silahlanmış yeni strateji təyyarə uğurla sınaqdan keçirilib və hazırda istehsal prosesi gedir.
 
 
Rusiya prezidenti yeni silahların sovet irsinin bir hissəsi olduğunu, amma ölkənin müxtəlif yerlərindən rusiyalı alimlər və mühəndislər tərəfindən hazırlandığını vurğulayıb.
 
Putin yeni silahlardan bəzilərinin dünyada rəqibi olmadığını iddia edib.
 
 
Rusiya vətəndaşlarının yaşam standartlarını qaldırmağa diqqət ayırmalıdır. Bunu Rusiya prezidenti Vladimir Putin xalqa illik müraciətində deyib. O, martın 1-də yüzlərlə aparıcı rəsmi və deputat qarşısında çıxış edib.
 
Prezidentin sözlərinə görə, Rusiya gələcək inkişafın təməlini qoymaqdan ötrü texnoloji sıçrayış etməlidir.
 
Putin xəbərdarlıq edib ki, Rusiya iqtisadi baxımdan irəli getməsə, “suverenliyini itirmək” riskiylə üzləşər.
 
Prezident onu da vurğulayıb ki, yoxsulluğun öhdəsindən gəlməkdən ötrü çox iş görülməlidir. O, 20 milyon rusiyalının hazırda rəsmi yoxsulluq səviyyəsindən aşağı həddə yaşadığını qeyd edib.
 
Putun Rusiyanın səhiyyə sisteminin təkmilləşdirilməsi üçün də addımlar atmalı olduğunu vurğulayıb.
 
Orduya gəlincə, Putin deyib ki, Rusiya maraqlarını qorumaq məqsədiylə Arktik regionda infrastrukturunu təkmilləşdirir.
 
Bu, Putin-in 14-cü illik müraciətidir. (azadliq.org)
 
 

Google+ WhatsApp ok.ru