Putin Suriya ilə bağlı əhdini təzələdi

Maide.az xəbər verir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu gün jurnalistlər üçün keçirdiyi konfransada Suriya ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, ölkəsinin Suriya üzrə mövqeyi dəyişməz olaraq qalır: "Yalnız Suriya xalqının onlara kimin rəhbərlik edəcəyini müəyyən etməyə hüququ var. Münaqişənin siyasi həldən başqa yolu yoxdur. Kompromis mümkündür, lakin hər iki tərəfdən güzəşt olmalıdır. Biz regionda sülhün və sabitliyin bərqərar olması üçün səy göstəririk".
 
Vladimir Putin mətbuat konfransında Suriya ilə sərhəddə Su-24 bombardmançısının vurulmasından sonra Türkiyə ilə münasibətlər haqda da danışıb. Putin bildirib ki, Ankaranın təyyarəni vurmaqla nəyə nail olmaq istədiyini anlamır.
 
“Mən hələ də başa düşə bilmirəm ki, onlar nəyə görə belə etdilər. Nəyə nail olmaq istəyirdilər? Bəlkə gözləyirdilər ki, bundan sonra biz qorxub oradan (Suriyadan-red.) qaçaq?! Bunu görməyəcəklər! Əksinə, bu hadisədən sonra biz Suriyadakı hərbi qruplaşmamızı daha da gücləndirdik, ora əlavə döyüş təyyarələri göndərdik. O vaxta qədər orada bizim Hava Hücumundan Müdafiə vasitələrimiz yox idi, ancaq indi S-400 kompleksləri var. Üstəlik Suriya ordusunun “Buk” zenit-raket komplekslərini modernləşdirmişik, olduqca effektivdir.
Həmin hadisəyə qədər Türkiyə aviasiyası sərhəd boyu uçurdu, tez-tez Suriyanın hava sərhədlərini pozurdu. İndi hünərləri var, buna cəsarət etsinlər”- Putin deyib.

Google+ WhatsApp ok.ru