`PYD müttəfiqimizdir` — ABŞ Türkiyəni şoka saldı

ABŞ-ın Dövlət Departamenti yaydığı bəyanatla rəsmi Ankaranı şoka salıb.
 
Departamentin rəsmi nümayəndəsi Con Kirbi Ankarada baş vermiş terror aktını qəti şəkildə pisləyərək Türkiyəyə başsağlığı verib.
 
Daha sonra Suriyada baş verənlərdən danışaraq buradakı duruma ABŞ-ın mövqeyini bildirib.
 
"PYD İŞİD-lə mübarizədə ciddi rol oynayıb. NATO tərəfindən bütün əməliyyat havadan dəstəklənir. Gələcəkdə də PYD-yə hərbi yardımların davam edəcəyini gözləyirik", deyən Kirbi bu sözləri ilə Türkiyənin siyasi kulislərini çaxnaşmaya salıb.

Google+ WhatsApp ok.ru