Qəzzadan İsrailə 2270 raket atılıb

İsrail ordusu Qəzzaya başladılan hücumlardan bu yana İslami Müqavimət Hərəkatı (Həmas) tərəfindən İsrailin müxtəlif bölgələrinə 2270 raket atıldığı, 3 mülki vətəndaşın öldüyü bildirilir.
 
Maide.az-ın məlumatına görə, sionist rejimin açıqlamasında bildirilir ki, dünəndən bu yana Qəzzadan İsrailə 98 raket atılıb ki, onların da 70-i İsrailə düşüb.
 
Atılan 2270 raketdən 448-i "Dəmir qübbə" RƏM sistemi tərəfindən zərərsizləşdirilib. 
 
Həmçinin bildirilir ki, İsrail ordusu dünən Qəzzanın 100 müxtəlif nöqtəsini vurub, 150 fələstinli həbs edilib. 
 
İyulun 7-dən bu yana isə Qəzzada  3333 nöqtə İsrail tərəfindən bombalanıb. 

Google+ WhatsApp ok.ru