İsrail hücumlarında ölənlərin sayı 715-ə yüksəldi

İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində gecə yarısından sonra qurudan və havadan təşkil etdiyi hücumlarda 20 nəfər həyatını itirib, 31-i isə yaralanıb. 
 
Maide.az-ın əlumatına görə, hücumlarda eyni ailə üzvləri öldürülüb. Belə ki, İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunus və əl-Astal ailəsinin yaşadığı evi bombalaması nəticəsində eyni ailədən 2-i uşaq olmaqla 6 fələstinli ölüb, 3-ü isə ağır yaralanıb. 
 
İsrailin 7 iyuldan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda dünyasını dəyişənlərin sayı 715-ə yüksəlib. Yaralananlar isə 4550 nəfərdir. Hücumlarda öldürülənlərin 170-i uşaq, 79-u qadın, 37-si yaşlılardır. 

Google+ WhatsApp ok.ru