Qəzzada şəhid olanları sayı 1648-ə çatdı

Fələstinin keçmiş hökumət nümayəndəsi Əşrəf əl-Kudra İsrail döyüş təyyarələrinin Rifah şəhərində Zağreb ailəsinin evinə təşkil etdiyi hücumda ailənin 9 üzvünün öldüyünü, eyni ailədən və ətrafdakılardan 40 nəfərin yaralandığını deyib.
 
Kudra həmçinin bildirib ki, İsrail döyüş təyyarələrinin Əbu Süleyman ailəsinin evinə təşkil etdiyi hücumda da 5 nəfər dünyasını dəyişib.
 
Maide.az-ın məlumatına görə, İsrail təyyarələrinin Qəzza şəhərinə təşkil etdiyi hücumda ən-Nəyrib ailəsindən 5 nəfər şəhid olub, 15 nəfər isə yaralanıb.
 
Qeyd edək ki, İsrail ordusunun 7 iyuldan bu yana təşkil etdiyi hücumlarda 1648 nəfər ölüb, 8 min 850 nəfər isə yaralanıb.

Google+ WhatsApp ok.ru