İsrail ordusunun əsir düşən zabiti müdafi nazirinin əmisi oğludur

İşğalçı İsrail ordusunun yüksək rütbəli hərbçisinin "Həmas" tərəfindən əsir götürülməsi barədə məlumat vermişdik. 
 
Maide.az-ın məlumatına görə, Həmas siyasi bürosunun rəhbəri Mussa Əbu Marzuk deyib ki, israilli zabit atəşkəs elan edilməmişdən öncə qaçırılıb.
 
Qeyd edək ki, avqustun 1-də İsrail Qəzza sektorunda BMT-nin baş katibi Pan Gi Munun və ABŞ-ın dövlət katibi Con Kerrinin təklif etdiyi üç günlük humanitar barışığa razılıq verib. 
 
C.Kerri Hindistana səfəri zamanı tərəflərin 1 avqust saat 08:00-dan etibarən atəşkəs barədə razılığa gəldiyini bəyan edib. 
 
Bir müddət əvvəl Fələstin müqavimət hərəkatının bütün fraksiyalarının Qəzzada İsraillə 72 saatlıq barışığa razılıq verdiyini HƏMAS da təsdiqləmişdi.
 
Lakin atəşkəs rejimi 2 saatdan çox davam etməyib və sionist rejim  Qəzza sektorunda hərbi əməliyyatlara yenidən başlayıb. 
 
Bu gün isə İngiltərənin "Cannel4" kanalı məlumat yayıb ki, əsir düşən zabit İngiltərədən köçmüş yəhudi ailəyə mənsubdur. Onun adı Hadar Goldindir. Telekanal həmçinin bildirir ki, Hadar Goldin İsrailin müdafiə naziri Moşe Yaalonun əmisi oğludur.

Google+ WhatsApp ok.ru