Qəzzada öldürülən 10 jurnalist

İşğalçı İsrail ordusunun Qəzzada hərbi əməliyyatlara başladığı gündən 10 jurnalist öldürülüb. Fələstin Radio Televiziyası Şurasının yaydığı hesabata görə əməliyyatlar nəticəsində 10 jurnalistin öldürülməsi ilə yanaşı, 38-nin yaralandığı, 12 mətbuat mərkəzi, jurnalistlərə aid nəqliyyat vasitələrinin və jurnalistlərin olduğu 16 evin hədəfə götürülüb.Fələstin Jurnalistlər Həmkarlar İttifaqı sədrinin müavini Təhsin əl Astal Qəzzada baş verənlərin dünya ictimaiyyətinə çatdırılmaması üçün jurnalistlərin məqsədli olaraq hədəfə götürüldüyünü deyib. İsrailin Qəzzada başlatdığı əməliyyatlar nəticəsində isə indiyə qədər 1 830 nəfər ölüb, 9 37 nəfər isə yaralanıb.

Google+ WhatsApp ok.ru