Qəzzada şəhidlərin sayı 1824 nəfərə çatıb

İslami Cihad Hərəkatının komandirlərindən biri də şəhid olanlar arasındadır

Sionist rejim ordusun Qəzzaya hücumları bu gün də davam edib. Bu günki hücumlar nəticəsində daha 10 fələstinli şəhid olub. Beləliklə şəhid olan fələstinlilərin sayı 1824 nəfərə çatıb.

Maide.az-ın Fələstin əl-yəvm xəbər saytına istinadən məlumatına görə, yaralanan fələstinlilərin sayı isə 9400 nəfəri keçib.

Məlumata əsasən, bu günki hücumlar nəticəsinə İslami Cihad Hərəkatının komandirlərindən olan və “Sürəyya əl-quds” briqadasının hərbi şurasının üzvi Danyal Mənsur şəhid olub. O Qəzzanın şimal bölgəsində evinin bombalanması nəticəsində şəhid olub.

Baxmayaraq ki, işğalçı israil tərəfi 7 saatlıq atəşkəs elan edib, lakin bu gün səhər Qəzzanın müxtəlif böləgələrini bombalayıb. Atəşkəslə bağlı qərar bu gün səhər saat 10.00-dan qüvvəyə minib. Lakin İsrail Qəzzanın Rəfah şəhərinə hərbi əməliyyatlarını davam etdirəcəyini deyib. Xatırladaq ki, ötən cümə günü 72 saatlıq atəşkəs elan edən sionist rejim özü 2 saat sonra bu qərarı pozmuş, nəticədə 100-dən çox fələstinli şəhid olmuşdu.

Qeyd edək ki, BMT-nin Ümumdünya Ərzaq Prjqramının (ÜƏP) (World Food Program-WFP) nümayəndəsi Pablo Recalde Frans 24 kanalına müsahibəsində Qəzzada su və ərzaq çatışmamazlığının kritik həddə çatdığını deyib. “Bölgədə faciə yaşanır. 400 mindən artıq fələstinli didərgin düşüb, onlara yardımlar üçün çətinlik çəkirik”, -deyə Recalde bildirib. 

 

Google+ WhatsApp ok.ru