Qəzzada küçələr ölüm iyi verir

Qəzzada xəstələndiyi üçün Türkiyəyə dönmək məcburiyyətində qalan Türk Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Serhat Şaylan bölgədə hakim olan yeganə şeyin ağrı və ölüm olduğunu deyib.
 
Maide.az-ın məlumatına görə, "küçələr ölüm iy verir, uşaqlar qorxu içində günə başlayırlar. Hər yerdə yetim uşaq var", - deyən Şaylan, yardımların, dərmanların və könüllə həkimlərin sərhəd qapılarında gözlədildiyini və yaralıların müalicə üçün çölə çıxarmağın mümkün olmadığını söyləyib: "Oradakı vəziyyətdən baş çıxarmaq çox çətindir. Hər kəsin imkanlarını səfərbər etməsi lazımdır. Hazırda Türkiyədəyəm, amma əmin olun ki, fikrim Qəzzadadır. Fikrim yalnız orada qoyub gəldiyim dostlarımda, sahildə top oynayan uşaqlarda, məktəblərdə, xəstəxanada müalicə gözləyən insanlardadır".
 

Google+ WhatsApp ok.ru