Sionist rejim yenə atəşkəs sözünə əməl etmədi

Maide.az-ın məlumatına görə, sionist rejim bu səhər saat 10:00-dan 17:00-a qədər Qəzzada atəşkəs elan etmişdi. Lakin atəşkəsin elan olunmasından cəmi 15 dəqiqə sonra işğalçı İsrail ordusu Qəzzanın qərbindəki əş-Şati düşərgəsini bombalamağa başlayıb. Nəticədə 30 fələstinli yaralanıb. İsrail tərəfindən verilən rəsmi açıqlamaya görə isə atəşkəs Qəzzanın şərqindəki Refah şəhərinə aid edilməyib.

Qeyd edək ki, tərəflər son dəfə keçən həftə razılığa gələrək 72 saatlıq atəşkəs elan edib. Lakin sözügedən atəşkəs də cəmi iki saat çəkmişdi. İşğalçılar tanklarından açılan atəş nəticəsində 50-dən çox fələstinlini şəhid  etmişdilər. İsrailin Qəzzada başlatdığı əməliyyatlar nəticəsində isə indiyə qədər 1850 nəfər şəhid olub, 9 500 nəfər isə yaralanıb.

Google+ WhatsApp ok.ru