Qəzzada şəhid olan fələstinlilərin siyahısı açıqlanıb

Qəzzada fəaliyyət göstərən Fələstin Hökumətinin Səhiyyə Nazirliyi İsrailin təşkil etdiyi hücumlarda şəhid edilənlərdən 1452-nin adlı siyahısını açıqlayıb.
 
Maide.az-ın məlumatına görə, sionist rejimin 7 iyulda "Qoruyucu xətt" adıyla Qəzzaya təşkil etdiyi hücumlarda şəhid olanların sayının 1867-yə, yaralananların isə 9450-ə yüksəldiyi bildirilir.
 
Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, hücumlarda ölənlərin bir çoxunun dağıntı altına olması və bəzi bölgələrdə öldürülən Fələstinlilərə çatıla bilməməsi adların müəyyənləşdirilməsini çətinləşdirir. "Bəzi ailələrin isə tamamilə yox olması" adların müəyyənləşdirilməsində çətinliklər yaradır. Nazirlik isə ancaq xəstəxana meyitxanalarına gətirilən və adı müəyyənləşdirilən fələstinliləri ictimaiyyətə açıqlayıb. 

Google+ WhatsApp ok.ru