Kürdlərdən 62 İŞİD terrorçusunu öldürüb

İraqdakı Mosul şəhəri yaxınlığında peşmərgələr ilə İraq Şam İslam Dövləti terrorçu qruplaşma arasında toqquşma baş verib. 
 
Maide.az-ın məlumatına görə, Zummar ərazisini ələ keçirmək istəyən İŞİD döyüşçüləri peşmərgə qüvvələrinə hücum edib. Toqquşmalar zamanı 62 İŞİD döyüşçüsü öldürülüb. 
 
Peşmərgə komandirləri İŞİD-in hücumu zamanı 40 kürdün ağır yaralandığını bildirib. Bu hadisədən sonra hücum əmri verən peşmərgə komandiri İŞİD-i kürd bölgəsindən qovacağını açıqlayıb.  
 
İraqın kürd bölgəsinin lideri Məsud Bərzani də İŞİD-in hücumlarına reaksiya göstərib. O bildirib ki, Şengal bölgəsində hücuma məruz qalan yezidiləri heç bir düşmən yox edə bilməyəcək: "Şengalın hər qarış torpağını azad etmək, qardaşlarımızı müdafiə etmək üçün ciddi və qərarlıyıq",-deyə Bərzani söyləyib.

Google+ WhatsApp ok.ru