Qəbələdə baş verən ağır qəzada 2 nəfər öldü

Bakı - Oğuz yolunun 225-ci km-də Qəbələ rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 
 
FHN mətbuat mərkəzindən Maide.az-a daxil olan xəbərə görə, qəza “Mercedes” markalı 2 avtomobilin toqquşması ilə meydana gəlib. 
 
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. 
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, minik avtomobillərindən biri deformasiyaya uğrayıb, sürücü və 1 sərnişinin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb.
 
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Google+ WhatsApp ok.ru