Qəzzə soyqırımı ilə bağlı acı xəbərlər

 İsrail qırıcıları bu gün Qəzzənin mərkəzində bir evi bombalayaraq, bir ailənin 7 üzvünü şəhid ediblər. Hadisədə 10 nəfərin də yaralandığı bildirilir.  Fələstin əl-Yəum xəbər portalı bildirir ki, aralarında bir neçə uşaq və bir hamilə qadın olan bu 7 şəhidin cənazəsi əl-Əqsa xəstəxanasına köçürülüb.

Fələstinin Səhiyyə Nazirliyinin mətbuat katibinə istinadla verilən bu xəbərə görə, bu şəhidlərin hamısı əl-Lövh ailəsinin üzvləridirlər. Belə ki, İsrail qırıcıları Qəzzənin mərkəzində  yerləşən əl-Həkr məntəqəsini bombaladıqları zamanı əl-Lövh ailəsinin yaşadığı mənzil də hədəfə alınıb. Bu zaman ailə üzvlərinin hamısı evdə olub.

Bu fələstinlilərin şəhid olması ilə çərşənbə axşamından etibarən başlayan yeni hücumlarda şəhid olan fələstinlilərin sayı 11-ə, yaralıların sayı isə 75-ə yüksəlib.

Sionist rejimin Qəzzəyə qarşı hücumlarında şəhid olan fələstinlilərin ümumi sayı isə 1025 nəfərə çatıb. Bu müddət ərzində yaralananların sayı isə 10250 nəfər elan olunub.

İslami Müqavimət Hərəkatı Həmas-ın  hərbi qolu olan İzzədin Qəssam batalyonları sionist rejimin bu cinayətlərini cavabsız qoymayacağını və Təl-Əviv, Ben-Qoryon hava limanı, Kəriyat Məlaxi, Netifutif, Beerül-Səəb, Məcdəl və Sedirota qarşı raket hücumları həyata keçirəcəyini bildirib.
 

Google+ WhatsApp ok.ru