Qəzzada şəhid olanların sayı 2050-yə yüksəldi

Fələstin hökumətinin Səhiyyə Nazirliyinin keçmiş sözçüsü Əşrəf əl-Kudranın bildirdiyinə görə, İsrail rejiminin bu gecə Qəzzada yerləşən Ən-Nuseyrat qaçqın düşərgəsinə və başqa ərazilərə etdiyi hücumlarda ötən gündən bəri 25 nəfər dünyasını dəyişib, 140 nəfər isə yaralanıb.
 
Maide.az-ın məlumatına görə, sionislərin iyulun 7-dən bəri davam etdirdiyi hücumlarda həyatını itirənlərin sayı 2050-yə, yaralı sayı isə 10224-ə yüksəlib. 
 
İsrail rejimi illərdir mühasirə altında saxladığı Qəzzaya, iyulun 7-də havadan və dənizdən, həmin ayın 17-də isə qurudan hücuma keçib. Bir aydan çox davam edən hücumlardan sonra Misirdə həyata keçirilən müzakirələr də uzunmüddətli atəşkəsin təmin edilməsi yönündə heç bir bəhrə verməyib. Qəzzadan raket atıldığı iddiasıyla İsrail ordusu yenidən Qəzzaya hücumlar edir. HƏMAS tərəfi isə raket atıldığı xəbərini öz növbəsində təkzib edir.

Google+ WhatsApp ok.ru