Qəzzada bərpa işləri üçün lazım olan vəsait toplandı

Misirin paytaxtı Qahirədə donor ölkələr Fələstinin Qəzza zolağında bərpa işləri aparmaq üçün lazım olan maliyyə vəsaitini artıqlaması ilə toplaya biliblər.

Ötən gün bu məqsədlə Qahirədə beynəlxalq səviyyədə konfrans fəaliyyətə başlamışdı.

Konfransda Qətər Qəzzaya ən çox pul ayıran ölkə olub. Dövlət rəsmiləri anklavın bərpası üçün Fələstin rəhbərliyinə 1 milyard dollar vəd veriblər.

Qəzza üçün maliyyə vəsaiti ayıranlar arasında Amerika Birləşmiş Ştatları və Avropa Birliyi ölkələri də yer alır.

Ümumilikdə, Qəzzanın bərpası üçün 4 milyard dollara ehtiyac olduğu qeyd edilirdi. Lakin konfransda yığılan məbləğ 5.4 milyarda çatıb.

İyun ayında işğalçı İsrailin regionda apardığı hərbi kampaniya nəticəsində Qəzza zolağında yüzlərlə ev dağılmış, 2200-ə yaxın fələstinli şəhid olmuşdu. Əməliyyat zamanı azı 100 min insan evsiz qalıb.

Qahirədə baş tutan iclasda Fələstin lideri və Misir prezidenti İsraili uzunmüddətli atəşkəsə çağırıb.

ABŞ dövlət katibi Con Kerri konfransda istifadə edərək Fələstin lideri Mahmud Abbasla iki tərəfli görüş keçirib. Kerri Mahmud Abbası İsrail ilə sülh danışıqlarını bərpa etməyə inandırmağa çalışıb.  anspress/

Google+ WhatsApp ok.ru