Yəhudilər islamafobiyaya etiraz etdilər –VIDEO

Nyu York yəhudiləri müsəlmanlara dəstək bildirən video-rolik hazırlayaraq, islamafobiyaya qarşı etiraz etdilər.
Maide.az-ın məlumatına görə, "Yəhudilər islamafobiyaya qarşı" adlı koalisiya öz video-rolikində yəhudi ardıcıllarının islamafobiyaya qarşı çıxışlarını nümayiş etdirib.
Onlar həmçinin Nyu York polisinin müsəlmanların toplaşdığı yerləri nəzarətdə saxlamasını qınayıblar.
"Biz ümid edirik ki, bu videosüjetə baxdıqdan sonra insanlar islamafobiyaya qarşı çıxan müsəlmanlarla birləşmək istəyəcəklər, bütün xalqlara sülh, ədalət arzulayacaqlar"- yəhudi fəallarının müraciətində deyilir. //

 

Google+ WhatsApp ok.ru